SON XƏBƏRLƏR

İran XİN başçısı: Rusiyada çox ciddi məsləhətləşmələr keçirəcəyik

2025.06.23, 11:01
İran XİN başçısı: Rusiyada çox ciddi məsləhətləşmələr keçirəcəyik

“Biz Rusiyada çox ciddi məsləhətləşmələr həyata keçirəcəyik”.

Gunaz.tv

Bunu Rusiyaya səfəri öncəsində mətbuata açıqlama verən İranın xarici işlər naziri Abbas Araqçi deyib.

O bildirib ki, səfər proqramına Rusiya prezidenti Vladimir Putinlə görüş də daxildir.

Qeyd edək ki, Abbas Əraqçi daha əvvəl yaydığı bəyanatda İsrail və Amerikanın İrana qarşı hərəkətlərinin təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ağır nəticələrə səbəb ola biləcəyini demişdi.

Bundan başqa “Tasnim” agentliyinin məlumtına görə, İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxtravançi İranın Amerikanın hücumlarına cavab verəcəyini deyib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar