SON XƏBƏRLƏR

Britaniya Amerikadan nüvə silahı daşıya bilən F-35A qırıcıları alacaq

2025.06.25, 11:02
Britaniya Amerikadan nüvə silahı daşıya bilən F-35A qırıcıları alacaq

Böyük Britaniya Amerikadan B61-12 taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd F-35A qırıcısı alacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Baş nazir Key Starmerin Dəftərxanasının açıqlamasında bildirilir.

"Radikal qeyri-müəyyənlik əsrində biz artıq dünyanı adi hal kimi qəbul edə bilmərik, buna görə də mənim hökumətim milli təhlükəsizliyimizə sərmayə qoyur", - Britaniya hökumətinin başçısı bildirib.

“The Times” qəzeti qeyd edib ki, Böyük Britaniyanın böhran zamanı belə silahlardan NATO missiyaları çərçivəsində istifadə edə biləcəyi planlaşdırılır. Nəşrin məlumatına görə, Londonun təkliflərinə əsasən, Amerikanın nüvə silahları 2008-ci ildən bəri ilk dəfə Böyük Britaniya ərazisində yerləşdiriləcək.

 

C

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar