SON XƏBƏRLƏR

F-35 qırıcılarının Türkiyəyə tədarükünə dair danışıqlar başlayıb

2025.06.26, 14:34
F-35 qırıcılarının Türkiyəyə tədarükünə dair danışıqlar başlayıb

F-35 qırıcılarının Türkiyəyə tədarükünə dair texniki danışıqlar başlayıb.

Gunaz.tv

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hollandiya səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, "F-35" proqramı texniki olduğu qədər siyasi bir prosesdir:

"Biz "F-35"lərdən vaz keçməmişik. Layihəyə qayıdış ilə əlaqədar müzakirələr aparırıq.Türkiyə haqsız yerə proqramdan kənarlaşdırılıb. Müttəfiqlik ruhu ilə uyğun gəlməyən bu addımı həmişə tənqid etmişik. Donald Trampla görüşlərimizdə məsələni müzakirə etdik və texniki səviyyədə danışıqlara başlandı. İnşallah, irəliləyiş əldə edəcəyik".

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar