SON XƏBƏRLƏR

İranlılar mənimlə danışmaq istəyir- Tramp

2025.07.04, 09:30
İranlılar mənimlə danışmaq istəyir- Tramp

Zərurət yaranarsa, İranla danışıqlarda iştirak etməyə hazıram.

Gunaz.tv

Bu sözləri Amerika Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Vaşinqton Tehrana daha çox ziyan vurmaq niyyətində deyil.

"İran danışmaq istəyir. Düşünürəm ki, onlar mənimlə danışmaq istəyirlər və bunun vaxtı çatıb. Yəni, onların görüşmək istədiklərini bilirəm. Lazım gələrsə, bunu edəcəm. Amma Stiv Uitkoff İranla danışıqlarda dərindən iştirak edir. Və o, fantastik iş görür", - Tramp qeyd edib.

Amerika Prezidenti İranın artıq Amerika haqqında verdiyi şüarlardan da imtina etdiyinə toxunub:

"İran elə bir yerdir ki, orada onlar Amerika haqqında pis danışır, "Amerikaya ölüm" və "İsrailə ölüm" kimi şüarlar səsləndirirdilər. Əvvəllər həqiqətən pis şeylər deyirdilər. Amma indi daha pis danışmırlar"

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar