SON XƏBƏRLƏR

İsrail İranda əməliyyatlar keçirib - Ettelaat bəyanat yaydı

2025.07.29, 09:36
İsrail İranda əməliyyatlar keçirib - Ettelaat bəyanat yaydı

MOSSAD və ona bağlı qurumların 20 casusu, əməliyyatçısı və köməkçi agenti müəyyən edilərək həbs edilib. 

Gunaz.tv

Bu İranın Kəşfiyyat Nazirliyinin 12 günlük müharibə ilə bağlı yaydığı bəyanatda bildirilib.

"İsrailin 12 günlük müharibə zamanı İranın 23 rəsmisinə sui-qəsd etmək planı ifşa edilib və qarşısı alınıb. Həmçinin müharibədən əvvəlki son aylarda 13 oxşar sui-qəsdin qarşısı alınıb",- bəyanatda deyilib.

Nazirlik vətəndaşların hökumətə qarşı etiraz aksiyalarının İsrail tərəfindən planlaşdırıldığını iddia edərək, repressiyalara bəraət qazandırıb:

“MOSSAD-ın başçılıq etdiyi monarxist müxalifət qüvvələri küçələrdə iğtişaşlar törətməyi planlaşdırırdı. Bu ssenarinin qarşısı 23 əyalətdə 122 agentin həbsi ilə alınıb. Xaricdə təlim keçmiş 53 agent həbs edilib, onların bazaları müəyyən edilib, silah-sursat götürülüb, qruplaşma zərərsizləşdirilib".

Qeyd edək ki, İran-İsrail qarşıdurması zamanı və ondan sonrakı dövrdə İranda 2 mindən çox insan saxlanılıb, onlardan bəzilərinə qarşı "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar