SON XƏBƏRLƏR

Pezeşkianı təhqir edən karikaturaçı cəzalandırılacaq

2025.07.30, 11:09
Pezeşkianı təhqir edən karikaturaçı cəzalandırılacaq

Tehran prokurorluğu jurnalist və karikaturaçı Hadi Heydəriyə qarşı Məsud Pezeşkianın karikaturasını dərc etdiyinə görə cinayət işi qaldırıb.

Gunaz.tv

Bu haqda İran mediası məlumat yayıb.

Heydəri karikaturaya verilən reaksiyalardan sonra onu sosial şəbəkədəki səhifələrindən silib və məqsədinin yanlış anlaşıdıını yazıb. 

Qeyd edək ki, karikaturada əlində qamçı olan Pezeşkianın üzərində “Birlik” şüarı yazılan eşşəyə tərs mindiyi təsvir olunub.

"Birlik" Pezeşkianın seçki qabağı əsas şüarlarından biri olmuşdur.

Karikaturanın dərcindən sonra Pezeşkian tərəfdarları, o cümlədən bir qrup azərbaycanlı ziyalı buna etiraz edib, müəllifin cəzalandırılmasını tələb etmişdilər.

Karikaturanı Pezeşkian və türklərin təhqiri kimi dəyərləndirən etirazçılar, bunu ölkədə birliyə zərbə vurmaq cəhdi adlandırıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar