SON XƏBƏRLƏR

KİV: Amerika və Avropa Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyat variantlarını hazırlayır

2025.08.22, 11:22
KİV: Amerika və Avropa Ukraynanın təhlükəsizliyini təmin etmək üçün hərbi əməliyyat variantlarını hazırlayır

Amerika və bir sıra Avropa ölkələrinin silahlı qüvvələrinin rəhbərləri cümə axşamı öz milli təhlükəsizlik müşavirlərinə Ukraynanın təhlükəsizliyinə zəmanət variantlarını təqdim ediblər.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məqalədə deyilir ki, Pentaqonun bəyanatına əsasən, amerikalı və avropalı planlaşdırma üzrə mütəxəssisləri müttəfiqlərin milli təhlükəsizlik üzrə müşavirləri tərəfindən müvafiq şəkildə nəzərdən keçirilməsi üçün hərbi əməliyyat variantları hazırlayıblar.

Amerika, Finlandiya, Fransa, Almaniya, İtaliya, Britaniya və Ukraynanın müdafiə nazirliklərinin rəhbərləri çərşənbə axşamından cümə axşamına kimi Vaşinqtonda bir sıra görüşlər keçiriblər.

Vəziyyətlə tanış olan mənbə bildirib ki, Amerika dövlət katibi Marko Rubio cümə axşamı avropalı həmkarları ilə variantları müzakirə etmək üçün konfrans keçirib.

Mənbələrdən biri planlaşdırmanın davam etdiyini bildirib və əlavə edib ki, Vaşinqton hələ də rolunun miqyasını müəyyənləşdirir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar