SON XƏBƏRLƏR

Zelenski Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı aydın mövqe tutmağa çağırıb

2025.09.16, 11:37
Zelenski Trampı Rusiyaya qarşı sanksiyalarla bağlı aydın mövqe tutmağa çağırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evin rəhbəri Donald Trampı Rusiyaya qarşı sanksiyalar və ölkəsi üçün təhlükəsizlik zəmanətləri ilə bağlı aydın mövqe tutmağa çağırıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, V.Zelenski bu barədə "Sky News"a müsahibəsində bildirib.

O, həmçinin Böyük Britaniyanın Baş naziri Kir Starmerin bu həftə dövlət səfəri zamanı Trampla Ukraynanın gələcəyinin təmin edilməsi məsələsini ətraflı müzakirə edəcəyinə ümidvar olduğunu deyib.

Bundan başqa, Ukrayna Prezidenti Amerika liderini qəti surətdə şəxsi tədbirlər görməyə çağırıb.

"Hesab edirəm ki, Donald Tramp bizi yetərli sayda hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər, Amerikada bu sistemlər lazımi qədərdir. Əminəm ki, Amerika kifayət qədər sanksiyalar tətbiq edə bilər", - o vurğulayıb.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar