SON XƏBƏRLƏR

AQİF Qırğızıstanın "Eldik Bank" ilə əməkdaşlıq memorandumu imzalayıb

2025.09.19, 11:35
AQİF Qırğızıstanın "Eldik Bank" ilə əməkdaşlıq memorandumu imzalayıb

Azərbaycan-Qırğızıstan İnkişaf Fondu (AQİF) Qırğızıstana məxsus "Eldik Bank" ilə investisiya layihələrinin həyata keçirilməsinə yönəlmiş əməkdaşlıq memorandumu imzalayıb.

Gunaz.tv

Sənədi AQİF-in İdarə Heyətinin həmsədrləri İqbal Babayev, Zamirbek Osmonov və "Eldik Bank" İdarə Heyəti sədrinin birinci müavini Akılbek Turdaliyev imzalayıblar.

Tərəflər Azərbaycan və Qırğızıstan üçün qarşılıqlı maraq doğuran investisiya layihələrinin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

Bundan əlavə, sahibkarlığın inkişafına, iqtisadiyyatın modernləşdirilməsinə və ikitərəfli əməkdaşlıq potensialından istifadəyə xüsusi diqqət yönəldiləcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar