SON XƏBƏRLƏR

İran televizyası "Traktor"un oyununu- Kəsdi Klub etiraz etdi

2025.09.26, 16:29
İran televizyası "Traktor"un oyununu- Kəsdi Klub etiraz etdi

İranın idman kanalı Təbrizin "Traktor" komandası ilə Şirazın "Fəcr sepasi" komandalarının qarşılaşmasından yaydığı canlı verilişi yarımçıq kəsərək, ABŞ və Bolğaristanın voleybol komandalarının görüşünü yayımlayıb.

Gunaz.tv

Bu haqda "Traktor" klubunun yaydığı məlumatda bildirilib.

Klub, yaydığı bəyanatda İran televizyasının bu hərəkətini Təbriz təmsilçisinin üzvləri və onun milyonlarla tərəfdarına qarşı hörmətsizlik adlandırıb.
 
"Traktor" Klubu bu hərəkəti həm də Azərbaycan komandasına qarşı ayrı-seçkiliyin nümunəsi olduğunu bildirib.

Qeyd edək ki, dünən İran Premiyer Liqasının 5-ci həftəsinin görüşlər çərçivəsində Təbrz təmsilçisi ilə Şiraz təmsilçisi qarşılaşıb.

Təbrizdə keçirilən qarşılaşma heç-heçə başa çatsa da, "Traktor" 8 xalla turnir cədvəlində liderliyini qoruyub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar