SON XƏBƏRLƏR

Türkiyə-İran sərhəddində 204 kilometr divar çəkildi

2025.09.27, 09:33
Türkiyə-İran sərhəddində 204 kilometr divar çəkildi

Sərhəddə nəzarəti gücləndirmək planı çərçivəsində Türkiyə Cumhuriyyətinin İranla sərhəddə divar çəkməsi prosesi davam edir və bu günə kimi 204 kilometr sərhəd divarının inşası başa çatıb.

Gunaz.tv

Bu haqda Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, daha 91 kilometr divarın çəkilməsi prosesi də davam edir.

Türkiyə rəsmiləri sərhəddə elektro-optik müşahidə qüllələri, radar, pilotsuz uçuş aparatları, pilotsuz nəqliyyat vasitələri və termal kameralar da daxil olmaqla müasir texnologiyalardan istifadə edildiyini açıqlayıb. 

Ərazidə zenit silahları və pilotsuz uçuş aparatları ilə təchiz edilmiş komando bölmələri, snayperlər və zirehli texnikalar da yerləşdirilib.

Bu tədbirlər qaçaqmalçılığın, qeyri-leqal immiqrasiyanın qarşısının alınmasına, xüsusən də çətin gediş-gəliş olan ərazilərdə nəqliyyatın hərəkətinə nəzarətin artırılmasına yönəlib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar