SON XƏBƏRLƏR

İsrailin yüksək rütbəli komandiri: Biz İrana mümkün yeni hücuma hazırlaşırıq

2025.10.02, 12:16
İsrailin yüksək rütbəli komandiri: Biz İrana mümkün yeni hücuma hazırlaşırıq

Qəzza zolağında sülh planına qlobal diqqət artdıqca, İsrail özünü bir neçə ssenariyə hazırlayır ki, bunlardan biri də İrana yeni zərbənin endirilməsi ehtimalıdır.

Gunaz.tv

“Jerusalem Post” qəzetinin məlumatına görə, İsrail ordusunun yüksək rütbəli komandiri çərşənbə axşamı axşam bildirib: “Biz Yaxın Şərq və İranda baş verən hadisələri diqqətlə izləyirik və bir sıra ssenari və variantlara hazırlaşırıq. Onlardan biri də İrana qarşı yeni bir hərəkatdır”.

Qeyd edək ki, bir neçə İran hərbi rəsmisi son həftələrdə İsrailin hər hansı yeni hücumuna “qətiyyətli və görünməmiş” cavab veriləcəyi barədə xəbərdarlıq edib.

İran İnqilab Keşikçiləri Korpusunun keçmiş komandiri Möhsün Rezai deyib ki, Tehran İsrailin yeni hücumuna məruz qalarsa, İran bütün gücünü işə salacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar