SON XƏBƏRLƏR

Amerika pakistanlı qaçaqmalçını İrana görə 40 il azadlıqdan məhrum etdi

2025.10.18, 12:13
Amerika pakistanlı qaçaqmalçını İrana görə 40 il azadlıqdan məhrum etdi

ِAmerika federal məhkəməsi İranla əlaqəli pakistanlı silah qaçaqmalçısı Məhəmməd Pəhləvana 40 il həbs cəzası verib.

Gunaz.tv

Bu haqda Amerika  Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, pakistanlı cinayətkar SEPAH-a xidmət edən şəbəkənin üzvü olub.

"49 yaşlı Pəhlavan terrorizm və kütləvi qırğın silahları, o cümlədən ballistik raket hissələri və digər qabaqcıl hərbi texnikanın İrandan Yəməndəki Husi milislərinə daşınması da daxil olmaqla, beş maddədə təqsirli bilinib",- Amerika hüquq-mühafizə orqanları bildirib.

Həbsindən əvvəl Pəhləvan 2023-cü ilin oktyabr və dekabr aylarında iki uğurlu qaçaqmalçılıq səfəri edib və onun ekipajının hamısı iş tapmaq üçün İrana səfər etmiş pakistanlılar təşkil verib.

Federal prokurorlar məhkəmədən sonra bildiriblər ki, Pəhləvanın qayığında tapılan hissələri “İranın bölgədəki terror qruplaşmalarına göndərdiyi ən qabaqcıl silah sistemlərindən bəziləri”dir.

Pəhləvan 2024-cü ilin yanvarında Amerika Hərbi Dəniz Qüvvələrinin Ərəbistan dənizində keçirdiyi əməliyyat zamanı ələ keçirilib, həmin əməliyyat zamanı iki amerikalı dənizçi həyatını itirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar