SON XƏBƏRLƏR

Xoy qeydiyyat idarəsi "Əlihan" adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir

2025.11.01, 11:50
Xoy qeydiyyat idarəsi "Əlihan" adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir

Xoy qeydiyyat idarəsi, məhkəmə qərarı olmasına baxmayaraq, "Əlihan" adına doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Gunaz.tv

Bu barədə uşağın adı Zəhra Seyid Rzayi Balamın Adı kampaniyasına danışıb.

"Oğlum 3 sentyabr 2025-ci ildə anadan olub və biz ona Əlihan adını seçmişik. Lakin Xoy qeydiyyat idarəsinin rəsmiləri bu adın ad seçim sistemində olmadığını iddia edərək adı qeydiyyata almayacaqlarını bildirdilər. Ona görə də biz idarənin qərarında məhkəməyə şikayət etməli olduq. 29 oktyabrda Xoy Şəhər Baş Məhkəməsinin 2-ci şöbəsi bizi haqlı görərək xeyrimizə qərar verdi. Ancaq idarə doğum haqqında şəhadətnamə verməyəcəyini və məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini bildirdi." - ana bildirib.

Qeyd edək ki, İranda mövcud qaydalara görə, doğum haqqında şəhadətnaməsi olmayan uşaqlar bir sıra imtiyazlardan, o cümlədən, peyvənd, süd tozu payından yararlana bilmirlər. Nəticədə ailələr bütün bu xərcləri öz ciblərindən qarşılamaq məcburiyyətində qalırlar. Bu da indiki sosial şəraitdə ailələri olduqca böyük çətinliklərə salır. Bundan başqa, bir çox hallarda xəstəxanalar da sənədi olmayan uşaqları qəbul etməkdən imtina edirlər. Beləliklə rejim bu məhdudlaşdırıcı təzyiq vasitələrindən istifadə edərək ana-ataları uşaqlarına türk olmayan adlar seçməyə yönləndirməyə çalışır.

 

C

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar