SON XƏBƏRLƏR

İranın raket istehsalı Çinin dəstəyi ilə genişlənir

2025.11.19, 13:35
İranın raket istehsalı Çinin dəstəyi ilə genişlənir

İran BMT sanksiyalarına baxmayaraq ballistik raket istehsalını nəzərəçarpacaq dərəcədə sürətləndirib.

Gunaz.tv

Günaz TV Yeni Müsavata istinadən xəbər verir ki, bu barədə "National Interest" yazıb.

Nəşr bildirib ki, Avropa kəşfiyyat xidmətlərinin məlumatına görə, Tehran İsraillə 12 günlük müharibədən sonra raket istehsalını genişləndirməyə başlayıb və bu prosesdə Çindən raket mühərrikləri üçün vacib komponentlər əldə edir.

İran rəsmiləri açıq şəkildə bildirirlər ki, son münaqişə ölkəyə “dəyərli dərslər” verib, nəticədə raketlərinin dəqiqliyi, gücü və istehsal həcmi xeyli artıb.

Mütəxəssislər qeyd edirlər ki, İran İsrailə qarşı həyata keçirdiyi hücumlarda "Fateh-110", "Zolfaghar" kimi ən müasir sistemlərdən istifadə edib və indi onların imkanlarını daha da təkmilləşdirməyə çalışır.

Tehran eyni zamanda raket gücünü təbliğat materiallarında nümayiş etdirir və regiondakı silahlı qruplaşmaları — HƏMAS, Hizbullah və Yəməndəki husiləri — modern silahlarla təmin etməyə davam edir. Analitiklərin fikrincə, bütün bu addımlar İran–İsrail qarşıdurmasının yeni mərhələyə keçməsi riskini artırır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar