SON XƏBƏRLƏR

Əli Xamənei hicaba görə hökumətə bildiriş göndərib

2025.11.27, 09:53
Əli Xamənei hicaba görə hökumətə bildiriş göndərib

İran rəhbəri Əli Xamənei hicab qaydalarının pozulması hallarının artması ilə bağlı hökumətə bildiriş göndərib.

Gunaz.tv

Bu haqda Məsud Pezeşkian hökumətinin İnformasiya Şurasının rəhbəri İlyas Həzrəti məlumat yayıb.

O, bildirişin məzmunu barədə geniş açıqlama vermədən "hökumətin hicabsızlığa qarşı yeni metodların tətbiqinə çalışdığını" bildirib.

Həzrəti, Məsud Pezeşkianın güc vasitəsilə hicabsızlığa qarşı mübarizənin faydasız olduğu barədə bəyanatını xatırladıb və daha fərqli yolların araşdırıldığını söyləyib.

Qeyd edək ki, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi ölkədə hicabsızlıq hallarının artması barədə Əli Xaməneiyə hesabat təqdim edib və İran rəhbəri bunu şok adlandırıb.

Bununla eyni vaxtda hökumətə yaxın qruplar və siyasətçilər məcburi hicab qaydalarının yenidən sərtləşməsinin sosial partlayış və itaətsizliyə səbəb olacağı barədə xəbərdarlıq ediblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar