SON XƏBƏRLƏR

Daha 55 iranlı Amerikadan deportasiya olundu

2025.12.07, 12:46
Daha 55 iranlı Amerikadan deportasiya olundu

ABŞ hökuməti bu ölkədə olan daha 55 iranlını geri qaytarıb.

Gunaz.tv

Bu haqda İran Xarici İşlər Nazirliyinin Baş Konsulluq direktoru Müctəba Şəsti Kərimi bildirib.

O, "iranlıların deportasiyasını qeyri-insani hərəkət" adlandırıb.

Bundan əvvəl isə CNN telekanalı ABŞ-dan deportasiya edilən ikinci iranlı qrupunun bazar günü Qətər üzərindən uçuşla İrana yola düşməli olduğunu bildirmişdi.

Donald Tramp administrasiyasının ABŞ-dan deportasiya etmək qərarına gəldiyi ilk iranlı immiqrant qrupu bu ilin avqust ayının 23-də İrana çatıb.

Bəzi qeyri-rəsmi məlumatlara görə, deport olunanlar arasında İran hökuməti və SEPAH-a bağlı şəxslərin də olduğu, onların başqa məqsədlərlə ABŞ-ə getdikləri iddia edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar