SON XƏBƏRLƏR

İranda qripə görə xəbərdalıq edildi

2025.12.18, 14:39
İranda qripə görə xəbərdalıq edildi

Ölkənin 8 əyalətində yeni növ qripə yoluxma sayı təhlükəli həddə çatıb və yoluxma nisbəti Səhiyyə Nazirliyinin proqnozlaşdırdığı həddən bir neçə dəfə çoxdur.

Gunaz.tv

Bunu İran səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Onun sözlərinə görə, Gülüstan, Qəzvin, Hörmüzqan, Sistan və Bəlucistan, Xuzistan, Tehran, Kirmanşah və Həmədan əyalətlərində vəziyyət təhlükəli həddi də keçib.

Rəisi, yeni yoluxma dövründə 115 nəfərin həyatını itirdiyini bildirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar