SON XƏBƏRLƏR

Urmuda "İsrail casusu" edam edildi

2025.12.20, 09:59
Urmuda "İsrail casusu" edam edildi

Bu gün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında "İsrailə casusluq"da günahlandırılan Əqil Keşavər eddam edilib.

Gunaz.tv

Bu barədə İran Məhkəməsinin "Mizan" saytı məlumat yayıb.

 İsfahan şəhərindən olan 27 yaşlı tələbə, müharibə vaxtı Urmuya səfər etdiyi zaman SEPAH-ın təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və "İsrailə casusluq"da günahlandırılıb.

"Mizan", Əqil Keşavərz "Mossad və İsrail rejiminin ordusunun agenti" adlandırıb və onun "cinayətini" İsrail üçün "casusluq", "düşmən ölkə ilə rabitə və kəşfiyyat əməkdaşlığı" və "hərbi və təhlükəsizlik obyektlərinin fotoşəkillərini çəkmək" elan edib.

İnsan haqları təşkilatlarının sözlərinə görə, Əqil Keşavərzə qarşı irəli sürülən ittiham əsassızdır və o işkəncə altında saxta etiraf verməyə məcbur edilib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar