"Jerusalem Post"da "Azərbaycan prezidentinin köməkçisi Vaşinqtona xəbərdarlıq edir: Bizim səhvlərimizi təkrarlamayın" başlığı ilə məqalə dərc edilib. Günaz TV yazının mətnini təqdim edir.
MAQATE: İranın nüvə fəaliyyətlərinin dinc xarakter daşıdığını təsdiqləyə bilmirik
CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib
SEPAH: ABŞ “kağız pələng”dir
Təbrizdə Azərbaycan dilində tamaşanın afişası təqdim olundu
Qərbi Azərbaycanda silahlı qarşıdurma olub
BAEA indiyədək yoxlamadığı İranın uran zənginləşdirmə müəssisəsi ilə bağlı ciddi narahatlığını açıqlayıb
İran “sıfır neft gəliri” ilə büdcə layihəsi hazırlayır- Qasemi
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
İraq İranla daha bir sərhəd-keçid məntəqəsini bağladı
İran ABŞ ilə müharibəni Çinin dayandırmasını istəyir
Tramp Putin və Cinpinlə üçtərəfli görüş keçirməyə çağırıldı
“Ynet”: İran ABŞ-nin hərbi qərarlarını təxirə salmaq üçün oyun oynayır
İran əhalisinin sayı kəskin azalacaq- Xəbərdarlıq
ABŞ-ın 5-ci Donanmasının komandanı dəniz təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edib
İranda daha üç məhbus edam edildi
BMT Təhlükəsizlik Şurası İranın dəstəklədiyi husilərə qarşı sanksiyaları uzadıb
Təbrizin Maşınqayırma Şirkətinin işçiləri işi dayandırıblar
ABŞ-dan deportasiya olunan iranlıları daşıyan təyyarə geri qayıdıb
Urmiyada üç nəfər dəm qazından həlak oldu
Tramp: ABŞ Yaxın Şərq ölkələrinin xahişi ilə İrana qarşı daha sərt addımlardan çəkinib
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb
ABŞ təyyarədaşıyan gəmisinin missiyası uzadılır: heyət bir il dənizdə qalmağa hazırlaşır
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib
Ərdoğan Pezeşkianla görüşdə: “Müharibə tezliklə başa çatmalıdır”
Möhsün Rezainin Türkiyə ilə bağlı iddiası etirazlara səbəb olub (Video)
Dörd Güneyli fəalına 40 il həbs cəzası verilib
İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb
Abbas Lisani və Yusif Karinin həbsindən bir il ötür
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur, onların yüz milyardlarla dollarını və Hörmüzü ələ keçirmişik
Britaniyada iki iranlı casusluqda təqsirli bilindi
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
İranın 11 əyalətində qaz kəsintiləri olacaq
Pezeşkian və Ərdoğan görüşdü
On il fasilədən sonra Urmiya və Vərziğan voleybol komandaları qarşılaşdılar
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
İranda müəllimlərin dolanışığı kəskin pisləşib - İLNA
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
"Jerusalem Post"da "Azərbaycan prezidentinin köməkçisi Vaşinqtona xəbərdarlıq edir: Bizim səhvlərimizi təkrarlamayın" başlığı ilə məqalə dərc edilib. Günaz TV yazının mətnini təqdim edir.
İsrail Türkiyənin Qəzza məsələsindəki rolunu dəyərləndirməyə davam etdiyi bir vaxtda, Azərbaycan öz konflikt təcrübəsindən yola çıxaraq, "ən vacib olan təhlükəsizlikdir" yanaşmasının iqtisadi inteqrasiya olmadan effektiv olmayacağını bildirib.
“İstənilən sabitləşdirici qüvvə simvolik yox, gerçək xarakter daşımalıdır”, - Prezident İlham Əliyevin xarici siyasət üzrə baş müşaviri Hikmət Hacıyev “The Media Line”a bildirib.
Hikmət Hacıyev bildirib ki, istənilən təhlükəsizlik arxitehturası məcburiyyət yolu ilə yox, tədricən qurulmalıdır.
Onun bu xəbərdarlığı getdikcə gərginləşən bölgədə Azərbaycanın uzlaşma yolu tapmağa çalışdığı bir vaxtda gəlib. Bakı İsraillə strateji müttəfiqliyi qoruyur, onun ən yaxın tərəfdaşı olan Türkiyə isə özünü Qəzzanın gələcəyində əsas vasitəçi kimi görür və bu, Ankaranın Suriya və Aralıq dənizinin şərqindəki ambisiyalarından ehtiyatlanan İsraili narahat edir.
Azərbaycan üçün isə məslə Qəzzadan kənara çıxır. Ölkə özünü İsrail və Türkiyədən İran, Rusiya və Cənubi Qafqaza qədər uzanan geosiyasi rəqabətin mərkəzində görür. Bu rəqabətin gedişatı isə təkcə ideologiya ilə deyil, dəhlizlər, enerji marşrutları kimi amillərlə müəyyənləşir.
Bu mənada Azərbaycanın iqtisadiyyat nazirinin müavini Hüseyn Hüseynov “The Media Line”a açıqlamasında “Azərbaycan özünü müşahidəçi kimi görmür” deyib. "Biz regionları birləşdirən, asılılığı azaldan və ortaq maraqlar yaradan sistemlər qururuq. Sabitlik belə qurulur." - deyə o bildirib.
Hikmət Haciyev Azərbaycanın təcrübələrinə əsaslanaraq bildirib ki, yalnız və yalnız təhlükəsizliyə əsaslanan istənilən arxitektura iflasa uğrayacaq. “Siyasi üfüq olmasa, heç bir təhlükəsizlik mexanizmi dayanıqlı olmayacaq” - o bildirib.
Azərbaycanın bu yanaşması artıq özləri üçün də müsbət nəticələr verməyə başlayıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında konteynerlərin ötürücülük qabiliyyəti 2025-ci ildə üç dəfədən çox artaraq ilk dəfə olaraq 100.000 konteyneri keçib. Bu yüklərin təxminən 40%-i Çindən gəlir, bu da Asiyadakı ixracatçıların Rusiya ilə əlaqəli quzey marşrutlarından və sanksiyalara məruz qalan tranzit dəhlizlərindən istifadəni azaltdığını göstərir.
Bu qazanclar Azərbaycanın Xəzər dənizi üzərindən tranzit müddətini azaldan və Çin və Mərkəzi Asiyanı Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən Transxəzər “Orta Dəhlizi” gücləndirən liman, dəmir yolu və gömrük əməliyyatlarının mərkəzləşdirməsi nəticəsində əldə olunub. Qarabağ və Zəngilanda dəmir yolunun elektrikləşdirilməsi, rəqəmsal gömrük rəsmiləşdirilməsi və logistika qovşaqlarına paralel investisiyalar regionun başqa yerlərində siyasi qeyri-müəyyənlik fonunda, Bakının şərq-qərb əlaqəsini möhkəmləndirmək niyyətinə diqqət çəkir.
İSRAİL VƏ AZƏRBAYCAN ARASINDAKI TƏRƏFDAŞLIQ
Azərbaycanın regional siyasətinin mərkəzində İsraillə dərinləşən tərəfdaşlıq dayanır, rəsmilər və analitiklər bunu situativ yox, köklü əməkdaşlıq kimi xarakterizə edirlər.
“İsrail və Azərbaycanın ötəri yox, real strateji müttəfiqliyi var." bunu Enerji və Avrasiya təhlükəsizliyi üzrə ixtisaslaşan ABŞ Hərbi Dəniz Qüvvələri Aspirantura Məktəbinin professoru Brenda Şaffer deyib. "Bu münasibətlər neft və silah alış-verişindən çox kənara çıxır və üç onillikdir ki, davamlı şəkildə inkişaf edir." - o bildirib.
Bu ittifaq konkret anlaşma ilə bağlıdır. Azərbaycan İsrailin xam neft idxalının təxminən 40%-dən 50%-ə qədərini, ilk növbədə Bakı-Tbilisi-Ceyhan boru kəməri və Aralıq dənizi gəmiçilik marşrutları ilə təmin edir. Bunun müqabilində İsrail müdafiə şirkətləri Cənubi Qafqazda hərbi balansı yenidən formalaşdıran pilotsuz təyyarələr, hava hücumundan müdafiə sistemləri və dəqiq texnologiyaları təmin edərək, son on ildə Azərbaycanın ən mühüm hərbi təchizatçılarından biri olub.
Oktyabrın 7-si və İsrailin Qəzzada müharibəsi bu münasibətlər böyük önəməı sahib olub. Müsəlman dünyasının böyük bir hissəsi İsraildən uzaqlaşsa da, Azərbaycan əməkdaşlığı davam etdirir və bəzi hallarda inkişaf etdirir.
Hacıyev vurğulayıb ki, Bakı İsraillə münasibətlərinə qısamüddətli taktiki uyğunlaşma deyil, uzunmüddətli sabitləşdirici tərəfdaşlıq kimi baxır.
"Azərbaycan strateji əhəmiyyət kəsb edir, çünki o, dünyada Rusiya və İranla həmsərhəd olan yeganə ölkədir", - Şaffer deyib. "O, həm də öz eksklavı vasitəsilə Türkiyə ilə həmsərhəddir. Azərbaycan bir çox mühüm geosiyasi qırılma xətlərinin kəsişməsində yerləşir".
Eksklav, yəni Naxçıvan Ermənistan torpaqları tərəfindən ölkənin qalan hissəsindən ayrılır, ora Azərbaycan ərazisidir və Naxçıvanın ölkənin qalan hissəsi ilə quru əlaqəsinin yaranması Bakı üçün əsas strateji prioritet təşkil edir.
Bu coğrafi mövqe Vaşinqtonun gözündə Bakının dəyərini yüksəldib, çünki Tramp administrasiyası İbrahim razılaşmalarını ərəb dünyasından kənarda canlandırmaq və genişləndirmək istəyir. Şafferin sözlərinə görə, administrasiya Azərbaycana “ABŞ və İsrailin maraqlarına uyğun olan strateji cəhətdən etibarlı müsəlman tərəfdaşı” kimi baxır, xüsusən də Vaşinqton diplomatiyanı fiziki infrastruktura - dəmir yolu, boru kəmərləri, elektrik şəbəkələri və fiber-optik kabellərə çevirməyə çalışır.
Enerji məsələsi Azərbaycanın regional təsirinin təməl daşı olaraq qalır, xüsusən də Avropa və İsrail Rusiya təchizatına alternativ axtardığı bir vaxtda.
"Azərbaycanın enerji rolu Rusiya qazını əvəz etməkdən ibarət deyil", - Şaffer bildirib. "Söhbət diversifikasiyadan gedir. Hətta əlavə təchizatçıdan cüzi həcmlər belə Rusiyanın bütün kartları saxlamaq qabiliyyətini əlindən alaraq Rusiyanın önəmini azaldır."
Münasibətlər indi xam neftdən kənara çıxır. 2025-ci ildə Azərbaycanın dövlət enerji şirkəti SOCAR İsrailin Tamar təbii qaz yatağında təxminən 900 milyon ABŞ dolları dəyərində sövdələşmə ilə 10% pay alıb ki, bu da indiyədək Azərbaycanın İsrailə ən böyük investisiyalarından biridir. Eyni paketin bir hissəsi olaraq SOCAR BP ilə birlikdə İsrail sularında dəniz qazının kəşfiyyatı üzrə tenderin qalibi olub.
Bakıdakı rəsmilər sövdələşməni sırf kommersiya deyil, strateji xarakter daşıyan saziş kimi xarakterizə edir, uzunmüddətli hasilat, yuxarı istiqamət üzrə əməkdaşlığa və ortaq enerji təhlükəsizliyinin planlaşdırılmasına doğru keçidi göstərir.
Azərbaycan 2020-ci ildə Ermənistanla altı həftəlik müharibədə Qarabağ və ətraf rayonlara nəzarəti bərpa edib və Sovet İttifaqının dağılması zamanı başlayan təxminən otuz illik erməni işğalına son qoyub. Münaqişə 1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlını qaçqın vəziyyətinə salıb. Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs 2023-cü ilin sentyabrına qədər ərazi statusunu həll olunmamış saxlayıb, bundan sonra Azərbaycan qısamüddətli hərbi əməliyyata başlayıb və nəticədə Ermənistanın ərazilərinə nəzarətinə faktiki son qoyulub.
Müharibə regional uzlaşmaları yenidən formalaşdırdı: Rusiyanın Ermənistanı qoruya bilməməsi onilliklər boyu mövcud olan asılılığı sarsıtdı, Türkiyənin Azərbaycana hərbi və siyasi dəstəyi Ankaranın Bakının əsas strateji tərəfdaşı kimi rolunu möhkəmləndirdi.
“Bu gün həm Ermənistan, həm də Azərbaycan üçün əsl strateji problem bir-biri ilə deyil, Rusiyadır”, - deyə Şaffer bildirib.
Onilliklər ərzində Ermənistanın Rusiyaya məxsus enerji, nəqliyyat və kommunikasiya infrastrukturundan asılılığı onun strateji müstəqilliyini məhdudlaşdırıb. Ermənistanın ərazisindən və ya onun ətrafından keçən dəhlizlər ya bu asılılığı möhkəmləndirə, ya da onu laxlatmağa başlaya bilər.
“Ermənistanın Rusiyaya məxsus infrastruktur, enerji, nəqliyyat və kommunikasiyalardan asılılığının azaldılması istənilən sülhün davamlı olması üçün əsasdır”, - deyə Şaffer bildirib.
O vurğulayıb ki, dəhlizlər təkcə ticarət yolları deyil. “Bura Ermənistanın Rusiyadan asılılığını azalda biləcək enerji xətləri, elektrik əlaqələri və fiber-optik kabellər daxil ola bilər”.
Diaspor siyasəti mənzərəni daha da mürəkkəbləşdirir. “Əsas erməni-amerikan lobbi qrupu olan Amerika Erməni Milli Komitəsi indiki fəaliyyətinin böyük hissəsini Paşinyan hökumətinə qarşı yönəldir”, - deyən Şaffer diasporanın fəaliyyəti ilə Ermənistanın daxili strateji hesablamaları arasında getdikcə artan fikir ayrılığına diqqət çəkib.
RUSİYA AZƏRBAYCAN ÜÇÜN ARTAR RİSK KİMİ
Rusiya Azərbaycanın dəhliz strategiyası üzərində risk kimi daha çox ön plana çıxır. Bu gərginlik bu yaxınlarda Azərbaycan mülki təyyarəsinin vurulmasından sonra daha da kəskinləşib. Bakıda yerləşən AnewZ xəbər agentliyi təyyarənin Rusiyanın “Pantsir” hava hücumundan müdafiə sistemindən atılan raketlə vurulduğunu bildirib. Azərbaycan rəsmiləri ictimai gərginliyin qarşısını alsalar da, insident ümumi hava məkanı və tranzit zonalar üzərində Rusiyanın hərbi fəaliyyətinin gözlənilməzliyi ilə bağlı uzun müddətdir davam edən narahatlığı gücləndirdi. Arxa planda isərəsmilər epizodu daha geniş bir problemin simvolu kimi qələmə verirlər: Moskva qəsdən və ya səhlənkar hərəkətləri ilə mülki nəqliyyatı, ticarət yollarını və enerji infrastrukturunu çətinə salan ab-hava yaratmağa çalışır.
Bu gərginlik bu həftə prezident İlham Əliyevin sıx iş qrafikinə əsaslanaraq Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinin qeyri-rəsmi sammitini buraxması ilə yenidən gündəmə gəlib. Moskvanın sözçüsü qərarın başa düşüldüyünü deyib və əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb. Əliyev Azərbaycanın formal olaraq üzv olmadığı Ali Avrasiya İqtisadi Birliyinin müvafiq iclasında da iştirak etməyib və bu Azərbaycanın Rusiyanın rəhbərlik etdiyi formatlarla ehtiyatlı, ötəri xarakterli əməkdaşlıq kimi baxdığını göstərir.
Əgər Rusiya Ermənistanın Qərbə doğru yerdəyişməsinə əsas maneədirsə, İran Azərbaycan üçün ən təsirli uzunmüddətli dəyişən kimi görünür və bu İsrail üçün diqqətdə saxlanılmalı olan məsələdir.
"İranın Azərbaycana qarşı davranışı Sovet İttifaqı dağılan andan, İsrail-Azərbaycan əlaqələri yaxınlaşmadan xeyli əvvəl düşmənçilik xarakteri daşıyırdı", - Şaffer deyib.
O əlavə edib ki, Tehranın narahatlığı ideoloji deyil, demoqrafik və geosiyasidir. “Tehranın Bakıya qarşı düşmənçiliyinin əsas amili ondan ibarətdir ki, İran Azərbaycanın İran əhalisinin təxminən üçdə birini təşkil edən etnik türk əhali üçün cazibə mərkəzi olmasından ehtiyat edir”.
Etnik azlıqlar İran əhalisinin 60%-dən çoxunu təşkil edir, azərbaycanlılar farslardan sonra ən böyük qrupdur, İranda heç bir azlığa öz ana dillərində təhsil almağa icazə verilmir.
"İranın siyasəti dini uyğunluq deyil, geosiyasi maraqlar əsasında idarə olunur" Şaffer deyib. "Məsələ maraqlar olanda ideologiya ikinci plana keçir. Məsələn, Tehran ermənilərin 1 milyona yaxın azərbaycanlını evlərindən qovduğu münaqişədə əksəriyyəti şiə olan Azərbaycana qarşı xristian Ermənistanı dəstəkləyib".
Azərbaycan rəsmiləri İranla münasibətləri üzdə, prezident İlham Əliyevin sözləri ilə desək, "işlək" adlandırsalar da, arxada Azərbayan İranı sabitliyi pozan ölkə kimi görür.
“Azərbaycan etnik tərkibinə və yaxınlığına görə İrana təzyiq nöqtəsidir”, - deyən Şaffer regional aktyorların İranın çoxsaylı fövqəladə ssenarilərinə səssizcə hazırlaşdıqlarını bildirib.
Türkiyənin rolu Azərbaycanın balanslaşdırma siyasətini daha da çətinləşdirir, xüsusən də Ankara Qəzzanın müharibədən sonrakı gələcəyinə təsir etmək istəyir.
"Qeyri-sabit mühitlərdə hərbi fəaliyyət göstərən yaxın müttəfiqləriniz olduqda, yaxınlığın özü riskə çevrilir" Şaffer qeyd edib.
Türkiyə Qəzzada rol almaq istəsə də, İsrailin narahatlığı aydındır. “...İsrail Türkiyə qüvvələrinin orada fəaliyyət göstərməsindən çox narahatdır” Şaffer bildirib.
Analitiklər bildirirlər ki, Azərbaycanın Qəzzada müstəqil şəkildə qoşun yerləşdirməsi ehtimalı azdır, lakin Azərbaycan siyasi və ya logistik baxımdan Türkiyənin təşəbbüsləri ilə uyğunlaşa bilər – bu ssenari Ankaranın Suriya və Aralıq dənizinin şərqindəki ambisiyalarından artıq ehtiyatlı olan İsraili narahat edir.
Hələlik Qəzzadakı sabitləşdirici qüvvələrin forması qeyri-müəyyən olaraq qalır, çünki HƏMAS-ın tərksilahla bağlı mövqeyi dəyişməkdə davam edir və Vaşinqton ilə Qüds Türkiyənin müvafiq rolu ilə bağlı fikir ayrılığına düşür.
Belə bir şəraitdə Azərbaycan tranzit mərkəzi və İsrailli səyahətçilər üçün səfər istiqaməti kimi meydana çıxır. Hanukka bayramı zamanı Bakının mərkəzindəki otellərin, Türkiyə ilə İsrail arasında birbaşa hava əlaqəsi dayandırıldığı üçün, Avropa və Qafqaz marşrutları ilə gələn İsrail tur qrupları və ailələri ilə dolu olduğu bildirilib.
Həm yerli dağ yəhudi icmasına, həm də Aşkenazi yəhudilərinə xidmət edən sinaqoqların olduğu Fəvvarələr Meydanının ətrafında ibrani dili kafelərdə və otellərin lobbilərində açıq şəkildə eşidilirdi ki, bu da qütbləşmənin gücləndiyi bir vaxtda müsəlmanların çoxluq təşkil etdiyi paytaxtda nadir bir mənzərədir.
Azərbaycanın artan diplomatik rolu onun tez-tez birbaşa əlaqədən imtina edən aktorlarla dialoqu davam etdirmək qabiliyyətini əks etdirir.
"Azərbaycan bir-biri ilə danışmayan bir çox tərəflə danışır", - Hacıyev The Media Line-a bildirib. “Biz vasitəçiliyi tərəf tutmaq kimi görmürük, eskalasiyanın qarşısını almaq kimi görürük”.
O xəbərdarlıq edib ki, Qəzzadakı kimi münaqişələr yerli qalmır. "Onların nəticələri səyahət edir" dedi.
Bakının nöqteyi-nəzərindən dəhlizlər neytral layihələr deyil, uzlaşma alətləridir. Onlar düşmən güclərdən asılılığı azaldır, ortaq aktivlər vasitəsilə tərəfdaşları yaxınlaşıdırır.
“İqtisadi və siyasi reallıqlara məhəl qoymayan istənilən sabitlik cəhdi uğursuzluğa düçar olacaq”, - Hacıyev bildirib. “Bu dərs Cənubi Qafqazda, Yaxın Şərqdə də keçərlidir”.
- Cəfər Cəfərli
Qərbi Azərbaycanda silahlı qarşıdurma olub
ABŞ-ın 5-ci Donanmasının komandanı dəniz təhlükəsizliyi ilə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edib
BMT Təhlükəsizlik Şurası İranın dəstəklədiyi husilərə qarşı sanksiyaları uzadıb
ABŞ-dan deportasiya olunan iranlıları daşıyan təyyarə geri qayıdıb
İrana qarşı sanksiyaları genişləndirəcəyik- Haddad
İran Səhiyyə Nazirliyi qocalma tendensiyası ilə bağlı xəbərdarlıq etdi
Pezeşkian və Ərdoğan görüşdü
İsrail müdafiə naziri: İranla bağlı zərurət yarandıqca addımlar atacağıq
Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
Traktorun kapitanı : Heç bir komanda Traktor klubu qədər düşmənçiliklə üzləşmir – ölkənin bütün stadionlarında türklər təhqir olunur
“Ciloluq” sənədli filmi İstanbulda keçirilən “Qorqud Ata” Türk Dünyası Film Festivalında nümayiş etdirilib
İran səfirliyi Azərbaycan QHT-ləri tərəfindən Məsud Pezeşkiana yazılan məktubu məhv edəcəklərini açıqlayıb
Təbriz meri dörd şəhərin bu metropol şəhərə birləşdirilməsini istəyib
Güney Azərbaycanda mazut yandırılması ilə bağlı xəbərdarlıq: milyonlarla insanın sağlamlığı təhlükə altındadır