SON XƏBƏRLƏR

İranda internet kəsintisi- Starlink peykləri də işə yaramır

2026.01.12, 15:49
İranda internet kəsintisi- Starlink peykləri də işə yaramır

İran daxilində Starlink peyk internetinə çıxış ilk dəfə olaraq genişmiqyaslı şəkildə pozulub və bu İranda internet məhdudiyyətlərinin yeni və misilsiz bir mərhələyə qədəm qoyduğunu göstərir.

Gunaz.tv

Bu haqda "Forbes" nəşri məlumat yayıb.

Məlumata görə, pozuntular o qədər olub ki, əvvəllər daxili internet kəsintiləri zamanı alternativ rabitə yolu kimi tanınan peyk rabitəsi də təsirlənib: 

“Bu səviyyədəki pozuntuların oxşar nümunəsi əvvəllər heç vaxt olmayıb”.

"Forbes"in yazdığına görə, birinci mərhələdə Starlink şəbəkəsinin daxil olan və çıxan trafikinin təxminən 30 faizi kəsilib və bu nisbət bir neçə saat ərzində 80 faizdən çoxa çatıb. 

Rabitə və rəqəmsal hüquqlar sahəsindəki mütəxəssislər bu tendensiyanı informasiyaya sərbəst çıxışa qoyulan məhdudiyyətlərin güclənməsinin əlaməti kimi görür və xəbərdarlıq edirlər:

"Bu cür tədbirlər vətəndaşların müstəqil rabitəyə çıxışını və informasiya ötürülməsini daha da məhdudlaşdıra bilər".

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar