SON XƏBƏRLƏR

Uçuşlar ləğv edildi: ABŞ gəmiləri İrana doğru gəlir

2026.01.24, 09:36
Uçuşlar ləğv edildi: ABŞ gəmiləri İrana doğru gəlir

KLM, Fransa Hava Yolları və Britaniya Hava Yolları Yaxın Şərq ölkələrinə gecə uçuşlarını ləğv edib.

Gunaz.tv

Bu barədə aviaşirkətlərin açıqlamalarında deyilir.

Belə ki, “Air France” Dubaya və Təl-Əvivə olan iki uçuşu, “British Airways” axşam Dubaya olan uçuşunu, KLM isə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə olan uçuşlarını təxirə salıb.

Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Amerika hərbi gəmilərinin İrana doğru irəlilədiyini təsdiqləyib.

Rusiya XİN isə vətəndaşlarına İrandan çıxmağı və əlavə bildirişə qədər İrana səfər etməmələrini tövsiyə edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar