SON XƏBƏRLƏR

İsrailin Kanal 14-ü: ABŞ İran hökumətinə qarşı istənilən vaxt “məhdud və nöqtəvi əməliyyat”a hazırdır

2026.01.26, 14:25
İsrailin Kanal 14-ü: ABŞ İran hökumətinə qarşı istənilən vaxt “məhdud və nöqtəvi əməliyyat”a hazırdır

Gunaz.tv

İsrailin «Kanal 14» televiziya kanalı xəbər verir ki, ABŞ rəsmiləri Bred Kuperin İsrail rəsmiləri ilə görüşü zamanı Vaşinqtonun İran hökumətinə qarşı istənilən vaxt “nöqtəvi və məhdud əməliyyat” həyata keçirməyə hazır olduğunu vurğulayıblar. Bununla yanaşı bildirilib ki, genişmiqyaslı hərbi qarşıdurma üçün əlavə vaxt və hazırlıq tələb olunur.

Məlumata görə, görüşdə iştirak edən amerikalı hərbi komandir ABŞ-ın əməliyyat yanaşmasının “qısa, sürətli və təmiz” zərbə prinsipi üzərində qurulduğunu qeyd edib və qərar veriləcəyi təqdirdə əsas diqqətin məhdud və hədəfli hücuma yönələcəyini bildirib.

Hesabatın digər hissəsində ABŞ tərəfi İranda rejim dəyişikliyini “əsas zərurət” kimi dəyərləndirib və mümkün hərbi əməliyyat zamanı əsas hədəflərin xalqın və etirazçıların kütləvi şəkildə repressiyasında rol alan qurumlar və şəxslər olacağını açıqlayıb.

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərini müdafiə etmək öhdəliyini vurğulayaraq, ABŞ-ın İsrail də daxil olmaqla müttəfiqlərinə qarşı istənilən təhdidə cavabsız qalmayacağını bəyan edib.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar