SON XƏBƏRLƏR

Wall Street Journal: ABŞ ilə İran arasında vasitəçilik cəhdləri nəticəsiz qalıb

2026.01.29, 22:53
Wall Street Journal: ABŞ ilə İran arasında vasitəçilik cəhdləri nəticəsiz qalıb

Gunaz.tv

ABŞ-ın “Wall Street Journal” qəzeti yazır ki, Yaxın Şərqin bir sıra ölkələri — Qətər, Oman, Səudiyyə Ərəbistanı və Misir daxil olmaqla — son günlər ABŞ ilə İran İslam Respublikası arasında mümkün qarşıdurmanın qarşısını almaq məqsədilə vasitəçilik təşəbbüsləri göstəriblər, lakin bu cəhdlər indiyədək nəzərəçarpacaq nəticə verməyib.

Nəşrin məlumatına görə, məlumatlı mənbələr bildirir ki, Vaşinqton və Tehran arasında danışıqların başlanması üçün atılan addımlar bölgədə gərginliyin artması və Yaxın Şərqdə genişmiqyaslı hərbi qüvvələrin yerləşdirilməsi fonunda həyata keçirilib. Bununla belə, tərəflər arasındakı fundamental fikir ayrılıqları səbəbindən proses hələlik dalana dirənib.

Hesabata əsasən, Misirin xarici işlər naziri Bədr Əbdülati çərşənbə günü İranlı həmkarı və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkofla ayrı-ayrılıqda telefon danışığı aparıb, lakin bu təmaslar da nəticəsiz başa çatıb.

“Wall Street Journal” əlavə edir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla telefon danışığında ABŞ, İran və Türkiyə liderləri arasında üçtərəfli dialoqun keçirilməsini təklif edib, lakin danışıqların irəlilədilməsi üçün hələlik konkret mexanizm formalaşmayıb.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar