SON XƏBƏRLƏR

Ərəb Körfəzində İranın hərbi təxribatları: ABŞ İran PUA-sını vurdu

2026.02.04, 01:36
Ərəb Körfəzində İranın hərbi təxribatları: ABŞ İran PUA-sını vurdu

Gunaz.tv

Diplomatik gərginliyin artdığı bir vaxtda, İran hökumətinin hərbi qüvvələri bir neçə saat ərzində Ərəb Körfəzində ABŞ-a məxsus gəmilərə qarşı iki təxribat xarakterli addım atıblar. ABŞ hərbi rəsmilərinin bildirdiyinə görə, bu hadisələr qısa zaman fasiləsi ilə və həssas şəraitdə baş verib.

Birinci insidentdə SEPAH-a bağlı sürətli katerlər Hörmüz boğazı yaxınlığında ABŞ bayrağı altında üzən ticarət gəmisinə yaxınlaşmağa cəhd ediblər. ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmines hadisə yerinə çatdıqdan sonra İran katerləri ərazini tərk ediblər.

İkinci hadisədə isə İran hökumətinə məxsus bir pilotsuz uçuş aparatı naməlum məqsədlə ABŞ-ın USS Lincoln aviadaşıyıcısına yaxınlaşıb və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısı tərəfindən vurularaq məhv edilib. Bu məlumatı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü, kapitan Tim Hawkins təsdiqləyib.

ABŞ Mərkəzi Komandanlığı bu addımları “çox aqressiv” kimi dəyərləndirib və bildirib ki, bu cür davranışlar istənilməyən toqquşma, yanlış hesablamalar və regional sabitliyin pozulması riskini artırır. ABŞ rəsmiləri vurğulayıblar ki, bu hərbi təxribatlar diplomatik prosesin gələcəyini ciddi təhlükə altına sala bilər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar