SON XƏBƏRLƏR

ABŞ və İran arasında Omanda nüvə danışıqları davam edəcək

2026.02.06, 19:53
ABŞ və İran arasında Omanda nüvə danışıqları davam edəcək

Gunaz.tv

ABŞ və İran Omanda bir neçə saat davam edən nüvə danışıqlarından sonra yaxın günlərdə görüşlərin davam etdiriləcəyini açıqlayıblar. Danışıqlar cümə günü Maskatda keçirilib və ötən ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra tərəflər arasında ilk birbaşa görüş hesab olunur.

Görüşlər yerli vaxtla saat 10:00-da başlayıb və təxminən saat 18:00-da başa çatıb. Oman danışıqlarda əsas vasitəçi rolunu oynayıb. ABŞ nümayəndə heyətinə Ağ Evin nümayəndəsi Stiv Vitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və CENTCOM-un komandanı admiral Bred Kuper daxil olub. İran tərəfini isə xarici işlər naziri Abbas Əraqçi və onun müavinləri təmsil ediblər.

Omanın xarici işlər naziri danışıqları “çox ciddi” kimi dəyərləndirib. Abbas Əraqçi isə danışıqların “müsbət mühitdə” keçdiyini bildirərək vurğulayıb ki, görüşlər gərginlik və təhdidlər olmadan aparılmalıdır. Onun sözlərinə görə, müzakirə edilən yeganə mövzu nüvə dosyesi olub.

ABŞ rəsmisi yaxın günlərdə danışıqların ikinci raundunun keçiriləcəyini açıqlayıb.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar