SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda onlarla şəxs həbs edildi

2026.02.07, 12:43
Şərqi Azərbaycanda onlarla şəxs həbs edildi

Şərqi Azərbaycan əyalətində etiraz aksiyalarında iştirakda şübhəli bilinən daha 48 nəfər həbs edilib.

Gunaz.tv

Bu barədə əyalətin Baş Kəşfiyyat İdarəsi məluumat yayıb.

Həbslərin Təbriz, Səhənd, Miyana, Basmınc və Culfa şəhərlərində həyata keçirildiyi bildirilib.

Həbs edilnlər "müxalif qruplara üzv olmaq"da, "ictimai asayişi pozmaq"da, "dövlət və ümumi əmlaka ziyan vurmaq"da günahlandırılıblar.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 50 mindən çox insan həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar