SON XƏBƏRLƏR

İranda hər 5 dəqiqədə 1 nəfər xəçəng xəstəliyinə yoluxur

2026.02.07, 15:29
İranda hər 5 dəqiqədə 1 nəfər xəçəng xəstəliyinə yoluxur

Xərçəng İranda ölümlərin ikinci əsas səbəbinə çevrilib və bu xəstəliyin yayılma sürətinə görə, İran dünyada ilk yerlərdən birini tutur.

Gunaz.tv

Bunu Xərçəng Araşdırmaları Mərkəzinin rəhbəri Məhəmməd İsmayıl Əkbəri deyib.

"Hər 5 dəqiqədə 1 nəfər xərçəng xəstəliyinə yoluxur və ildə ölkədə ortalama 100 min xərçəng xəstəliyinə yoluxan şəxs aşkar edilir",- o bildirib.

Məlumata görə, döş xərçəngi ölkədə ən çox yayılmış xərçəng növüdür, ardınca prostat, yoğun bağırsaq, mədə və ağciyər xərçəngləri gəlir. 

Əkbəri vurğulayıb ki, mədə xərçəngi İranda ən ölümcül xərçəng növü olaraq qalır və bu, erkən diaqnozda xəstəliyin aşkarlanmasının çətinliyindən qaynaqlanır.

İranda son illər xərşəng xəstəliyinə yoluxanların sayı artıb.

Qeyd edək ki, İranda xərçəngə yoluxma yaşı başqa ölkələrlə müqayisədə təxminən 10 il aşağıdır və iranlılar daha gənc yaşlarında bu xəstəliyə yoluxurlar.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar