SON XƏBƏRLƏR

Gürcüstan Türkiyə–Azərbaycan tranzit yolunu 2030-a qədər tamamlayacaq

2026.02.08, 22:08
Gürcüstan Türkiyə–Azərbaycan tranzit yolunu 2030-a qədər tamamlayacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Türkiyə sərhədindən başlayaraq Gürcüstan ərazisindən keçib Azərbaycan sərhədinə çatan əsas avtomobil yollarının tikintisi 2030-cu ilin sonunadək başa çatdırılacaq.

Gunaz.tv

Onun sözlərinə görə, bu layihə Gürcüstanın ən iri infrastruktur proqramlarından biridir və Türkiyənin Qafqaz və Orta Asiya ilə əlaqəsini gücləndirməyə xidmət edir. İnşa olunan yol şəbəkəsi beynəlxalq tranzit dəhlizi kimi nəzərdə tutulub və Ermənistan istiqamətinə alternativ bağlantı imkanları da yaradır.

Qeyd olunub ki, bu marşrut «Orta Dəhliz»in tərkib hissəsidir və Çinlə Avropa arasında yüklərin daşınmasında Rusiya və İran ərazisindən yan keçən alternativ yol kimi strateji əhəmiyyət daşıyır.

Dəhlizin istifadəyə verilməsi Türkiyə ilə Azərbaycanın birbaşa və daha təhlükəsiz əlaqəsini təmin edəcək, Gürcüstanın tranzit mərkəzi rolunu gücləndirəcək və Qafqazın geosiyasi mövqeyini artıracaq.

Layihə regionda nəqliyyat və ticarət balansına təsir göstərə biləcək əsas geosiyasi addım kimi dəyərləndirilir.

 

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar