SON XƏBƏRLƏR

Norveç Nobel Komitəsi Nərgiz Məhəmmədiyə görə İran hökumətinə çağırış etdi

2026.02.13, 11:33
Norveç Nobel Komitəsi Nərgiz Məhəmmədiyə görə İran hökumətinə çağırış etdi

Norveç Nobel Komitəsi İran hakimiyyətini 2023-cü il Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədini dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb. “Reuters” xəbər verir.

Gunaz.tv

Komitənin məlumatına görə, 53 yaşlı fəal, qadın hüquqları və ölüm hökmünün ləğvi kampaniyasına görə illərdir təzyiqlərlə üzləşir və ötən həftə ona əlavə olaraq 7,5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Norveç Nobel Komitəsi “İran daxilində etibarlı mənbələrə” istinadən bildirib ki, Nərgiz Məhəmmədi dekabrda bir hüquq müdafiəçisinin dəfn mərasimi zamanı zorla saxlanılıb və ona qarşı sərt rəftarın onun həyatına təhlükə yaratdığı iddia olunur. Komitə İran tərəfini həm də onun müstəqil tibbi yardıma çıxışını təmin etməyə çağırıb.

“Reuters”in məlumatına görə, İran prokuroru saxlanılma ilə bağlı açıqlamasında Məhəmmədinin ölkənin şimal-şərqində yerləşən Məşhəddə keçirilən anım mərasimində “təxribat xarakterli” bəyanatlar verdiyini və iştirakçıları “normalara zidd şüarlar” səsləndirməyə səslədiyini bildirib.

Komitə Azərbaycanəsilli N.Məhəmmədiyə münasibəti “qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar” kimi qiymətləndirib və bunun beynəlxalq insan hüquqları standartlarını pozduğunu vurğulayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar