SON XƏBƏRLƏR

Ələmolhoda: İslam Respublikası sistemi yer üzündə bənzərsizdir

2026.02.14, 19:38
Ələmolhoda: İslam Respublikası sistemi yer üzündə bənzərsizdir

Gunaz.tv

Məşhəddə keçirilən cümə namazı xütbəsində Xameneinin Xorasan Rəzəvi vilayətindəki nümayəndəsi Seyid Əhməd Ələmolhoda qalmaqallı iddia ilə çıxış edərək bildirib ki, İran İslam Respublikası sistemi bütün dünyada bənzəri olmayan bir sistemdir və onun analoqu yoxdur.

O, çıxışında iddia edib: “Bu gün bütün dünya hesab edir ki, xalq tərəfindən yaradılan və xalqın arxasında dayandığı yeganə sistem İslam Respublikasıdır və bu sistem xalqiliyi baxımından yer üzündə bənzərsizdir.”

Ələmolhoda davamında müxaliflərə hücum edərək deyib ki, düşmənlə aparılan danışıqlar “sülh üçün deyil, təslim olmaq üçündür” və qarşı tərəf daha çox təzyiq göstərmək üçün hər vasitədən istifadə edir. Onun sözlərinə görə, uğursuzluqlar düşməni daha da çox “qələbə axtarmağa” sövq edir.

Bu açıqlamalar İran şəhərlərində insanların iqtisadi böhran, etirazların yatırılması və geniş ictimai etimadsızlıq şəraitində yaşadığı bir vaxtda səsləndirilib. Cəmiyyətdə rejimin fəaliyyətinə qarşı narazılıq fonunda bu cür bəyanatlar əlavə müzakirələrə səbəb olub.

Rəhbərliyə yaxın əsas fiqurlardan birinin bu iddiaları ictimai məkan və sosial şəbəkələrdə geniş reaksiyalarla qarşılanıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar