SON XƏBƏRLƏR

Əli Laricani: Hücum ediləcəyi təqdirdə Tehran Amerika bazalarına zərbə endirəcək

2026.02.16, 11:25
Əli Laricani: Hücum ediləcəyi təqdirdə Tehran Amerika bazalarına zərbə endirəcək

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, Amerika İrana qarşı güc tətbiq edərsə, Tehran güclə cavab verəcək və hücum halında Amerika bazalarını hədəf alacaq.

Gunaz.tv

Bu barədə Əli Laricani "Əl-Cəzirə"yə verdiyi açıqlamada bildirib.

"Əgər amerikalılar bizə qarşı güc tətbiq etsələr, qarşılığında güc alacaqlar. İslam Respublikası tam hazırdır, ancaq biz müharibə axtarmırıq və bizə qarşı müharibə tətbiq olunarsa, biz cavab verəcəyik" - deyə o bildirib.

O əlavə edib ki, "Əgər amerikalılar İrana hücum etsələr, biz onların bazalarına zərbə endirəcəyik. Lakin keçmiş təcrübəyə əsaslanaraq, qarşı tərəfin yenidən müharibə axtardığına şübhə edirəm".

Laricani Tehran və Vaşinqton arasında danışıqların davam etdiyini bildirib, lakin İsraili prosesi pozmağa çalışmaqda günahlandırıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar