SON XƏBƏRLƏR

İran BMT Baş katibinə Amerika ilə bağlı xəbərdarlıq edib

2026.02.20, 11:16
İran BMT Baş katibinə Amerika ilə bağlı xəbərdarlıq edib

Rəsmi Tehran BMT-nin baş katibi Antonio Quterreşə hərbi təcavüz halında bölgədəki düşmən qüvvələrinin bazalarını, obyektlərini və aktivlərini zərbələr üçün qanuni hədəf hesab edəcəyini bildirib.

Gunaz.tv

Bu barədə "Reuters" məlumat yayıb.

İranın BMT-dəki Daimi Nümayəndəliyinin məktubunda deyilir ki, Amerika prezidenti Donald Trampın İrana qarşı ritorikası real hərbi təcavüz təhlükəsi siqnalı verir. Sənəddə həmçinin Tehranın müharibə axtarmadığı vurğulanır.

Sənəddə həmçinin qeyd olunub ki, İran hərbi hücumun hədəfinə çevrilərsə, qətiyyətlə cavab verəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar