SON XƏBƏRLƏR

ABŞ-ın Yaxın Şərq strategiyasında İran və Azərbaycan amili – təhlil

2026.02.23, 11:30
ABŞ-ın Yaxın Şərq strategiyasında İran və Azərbaycan amili – təhlil

The National Interest: Azərbaycan Yaxın Şərqdə davam edən sülh səylərində, xüsusən də qonşu İranla qarşılıqlı əlaqələrdə mühüm rol oynaya bilər.

Gunaz.tv

ABŞ Yaxın Şərqdə yeni geosiyasi strategiya formalaşdırmağa çalışır və bu strategiyanın mərkəzində regional münaqişələrin həlli və təhlükəsizlik məsuliyyətinin müttəfiqlər arasında bölüşdürülməsi dayanır. Bu barədə "The National Interest"in yayımladığı təhlildə bildirilir, Vaşinqton bölgədə uzunmüddətli sabitlik yaratmaq üçün yeni yanaşma üzərində işləyir.

Məqalədə qeyd olunur ki, ABŞ-ın planı regional müharibələrin qarşısını almaq və təhlükəsizlik, sabitləşdirmə və yenidənqurma prosesini həyata keçirəcək koalisiya yaratmağa yönəlib. Bununla belə, İran ətrafında baş verən proseslər bu planın həyata keçirilməsini çətinləşdirə bilər.

Təhlildə vurğulanır ki, ABŞ regionda yeni strategiyanı həyata keçirmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı və İsrail kimi əsas aktorlarla diplomatik koordinasiyanı gücləndirməyə çalışır. Bununla yanaşı, BƏƏ, Qətər, Misir və İordaniya kimi ölkələrin də bu prosesdə rol oynaması nəzərdə tutulur.

Məqaləyə görə, İranın daxili siyasi vəziyyətinin zəifləməsi və hakimiyyət daxilində parçalanmalar Vaşinqtonun planlarına təsir edən əsas amillərdəndir. Bildirilir ki, İran daxilində qüvvələr balansının dəyişməsi və ABŞ-ın bölgəyə əlavə hərbi qüvvələr yerləşdirməsi yeni qarşıdurma riskini artırır.

Təhlildə həmçinin qeyd olunur ki, regionda mümkün yeni geosiyasi düzənin formalaşmasında Azərbaycanın da önəmli rol oynaya biləcəyi istisna edilmir. Məqalədə Amerika Vitese prezidenti JD Vensin Azərbaycana səfərinin Azərbaycanın bölgədəki sabitləşdirmədəki rolunu rəsmilə.dirdiyi qeyd edilib. Məqalədə, həmçinin, Azərbaycana qarşı olan 907-ci düzəlişin Vensin Azərbaycanla imzaladığı Strateji Xartiyada nəzərdə tutulan Amerika-Azərbaycan əlaqələrinin genişləndirilməsinə maneə olaraq qaldığı qeyd edilib.

Məqaləni buradan oxuya bilərsiniz.

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar