SON XƏBƏRLƏR

ABŞ və İran danışıqları bu dəfə birbaşa da oldu!

2026.02.26, 23:30
ABŞ və İran danışıqları bu dəfə birbaşa da oldu!

Gunaz.tv

Məlumatlara görə, 26 fevral 2026-cı il (7 Esfənd 1404) Çərşənbə günü Cenevrədə keçirilən yeni nüvə danışıqlarında ABŞ və İran heyətləri arasında yalnız dolayı görüşlər olmayıb, birbaşa görüşlər də baş tutub.

Hesabatlara görə, səhər görüşləri əvvəlcə Oman vasitəsilə dolayı aparılıb, lakin sonra ABŞ nümayəndələri Steve Witkoff və Jared Kushner ilə İranın baş danışıçı Abbas Araqçi arasında birbaşa görüşlər keçirilib.

Omanın xarici işlər naziri Badr Al-Busaidi bildirib: «Tərəflər arasında yaradıcı və müsbət fikirlər mübadilə olundu və paytaxtlarda məsləhətləşmələrdən sonra danışıqlar davam edəcək. Texniki görüşlər gələn həftə Vyanada aparılacaq.»

Bir neçə nüfuzlu Qərb mediası tərəfindən təsdiqlənən bu hesabatlar göstərir ki, Cenevrə danışıqları əvvəlki dövrlərdən fərqli olaraq birbaşa və dolayı görüşlərin kombinasiyası olub və bölgədə diplomatiya prosesində əhəmiyyətli dəyişikliklərə yol aça bilər.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar