SON XƏBƏRLƏR

ABŞ hökumətinin vacib olmayan işçiləri İsraili tərk edə bilər- Dövlət Departamenti

2026.02.27, 16:13
ABŞ hökumətinin vacib olmayan işçiləri İsraili tərk edə bilər- Dövlət Departamenti

ABŞ hökumətinin vacib olmayan işçiləri və onların ailələrinin təhlükəsizlik riskləri səbəbindən İsraili tərk etməsində problem yoxdur.

Gunaz.tv

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Qərar səyahət xəbərdarlığının yenilənmiş versiyasında dərc edilib.

Bildirilir ki, qərar təhlükəsizliklə bağlı narahatlıqları əks etdirir və ABŞ səfirliyi əvvəlcədən xəbərdarlıq etmədən ABŞ hökumət işçilərinin İsrailin müəyyən ərazilərinə, köhnə Qüdsün şəhərinə və İordon çayının qərb sahilinə səyahətlərini məhdudlaşdıra və ya qadağan edə bilər.

Xəbərdarlıqda ABŞ vətəndaşlarından terrorizm və vətəndaş iğtişaşları ilə əlaqəli risklər səbəbindən İsrailə və İordon çayının qərb sahilinə səyahətlərini yenidən nəzərdən keçirmələri, terrorizm və silahlı münaqişələr səbəbindən Qəzzaya səyahət etməmələri tələb olunub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar