SON XƏBƏRLƏR

Ərbili silkələyən hücum – Proksi müharibəsinin yeni mərhələsi

2026.03.02, 00:55
Ərbili silkələyən hücum – Proksi müharibəsinin yeni mərhələsi

Gunaz.tv

Regional mənbələr İraqın Ərbilə raket və pilotsuz uçuş aparatları ilə hücum edildiyini bildirir. Məlumata görə, zərbələrin əsas hədəfi Ərbil Beynəlxalq Hava Limanı və yaxınlıqdakı hərbi obyektlər olub.

İranın dövlət mediası Press TV şəhərdəki ABŞ bazasının vurulduğunu iddia edib. Eyni zamanda, İranın dəstəklədiyi silahlı qruplaşma kimi tanınan “Səraya Övliya əd-Dəm” pilotsuz aparat hücumlarının məsuliyyətini üzərinə götürdüyünü açıqlayıb. Qrup bəyanatlarında özünü “İraq İslam Müqaviməti” adı ilə təqdim edir.

Məlumatlara əsasən, ABŞ-ın hava hücumundan müdafiə sistemləri raket və dronların əhəmiyyətli hissəsini zərərsizləşdirib. Buna baxmayaraq, hava limanı ərazisində partlayış və yanğın qeydə alınıb, uçuşlar müvəqqəti dayandırılıb.

Hadisə ilə bağlı CNN də ABŞ obyektləri yaxınlığında partlayışlar barədə məlumat yayıb. Rəsmi itki barədə açıqlama verilməyib.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar