SON XƏBƏRLƏR

Aviqdor Liberman: "Gözləntimiz bu rejimin devrilməsidir"

2026.03.07, 16:06
Aviqdor Liberman: "Gözləntimiz bu rejimin devrilməsidir"

Bunu İsrailin tanınmış müxalifət lideri, keçmiş müdafiə, xarici işlər və maliyyə naziri Aviqdor Liberman deyib.

Gunaz.tv

O, müharibənin "çox yaxşı" getdiyini deyib, amma əsas məsələnin yekun nəticəyə bağlı olduğunu vurğulayıb.

"Hər gün vəhşiliklər görürük. Etirazlar zamanı da vəhşilikləri gördük. Məncə bu, azad dünya üçün ən böyük çağırışdır. Uzun illər izah etməyə çalışırdıq ki, bu, təkcə bizim problemimiz deyil, bütün dünyanın problemidir. Düşünürəm ki, bu gün bu, artıq hamıya çox aydındır", – Liberman söyləyib.

Jurnalistin mümkün rejim dəyişikliyindən sonra yarana biləcək xaos barədə sualına cavabında o, Liviya, İraq və Suriyada yaşanan böyük qarışıqlığı qeyd edir, amma deyir ki, "bütün alternativlər arasında ən pis variant İranda onların hakimiyyətdə qalmasıdır. Məncə, daha yaxşı imkanlar var, çox uğurlu olmasalar belə. Ən pis ssenari onların hakimiyyətdə qalmasıdır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar