SON XƏBƏRLƏR

Axios: Pentaqon İran müharibəsində “son zərbə” variantlarını nəzərdən keçirir

2026.03.26, 14:15
Axios: Pentaqon İran müharibəsində “son zərbə” variantlarını nəzərdən keçirir

Pentaqon İran əleyhinə mümkün “son zərbə” üçün hərbi variantlar hazırlayır. Bu variantlara quru əməliyyatları və genişmiqyaslı bombardman kampaniyası da daxildir.

Gunaz.tv

Bu barədə "Axios" ABŞ rəsmilərinə və öz qaynaqlarına istinadən məlumat verib.

Məlumata görə, müzakirə olunan variantlar arasında Xarq , Larak Əbu Musa kimi əsas adaların ələ keçirilməsi və ya blokadaya alınması da var. Həmçinin İranın neft ixracının hədəfə alınması və potensial olaraq nüvə obyektlərinə qarşı zərbələr və ya əməliyyatların keçirilməsi də nəzərdən keçirilir.

"Axios" yazır ki, ABŞ rəsmiləri diplomatiyanın uğursuzluğa düçar olacağı və ya Hörmüz Boğazı bağlı qalacağı halda böyük eskalasiyanın daha mümkün ssenari olduğunu düşünürlər. Lakin hələlik heç bir qərar verilməyib və bəzi planlar sadəcə hipotetikdir.

Məlumata görə, əlavə ABŞ qüvvələri, o cümlədən minlərlə hərbçi və hava qüvvələrinə aid vasitələr də bölgəyə yerləşdirilir.

Vasitəçilik prosesində iştirak edən bir mənbə "Axios"a bildirib ki, Pakistan, Misir Türkiyə danışıqları təşkil etməyə çalışırlar. Mənbə əlavə edib:
“Amma əsas problem qarşılıqlı etimadsızlıqdır. SEPAH komandirləri çox skeptikdirlər… Lakin vasitəçilər hələ də ümidlərini itirməyiblər.”

 

- Cəfər Cəfərli

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar