SON XƏBƏRLƏR

Tramp İran əleyhinə quru işğalına meyllidir – Times of Israel

2026.03.27, 00:12
Tramp İran əleyhinə quru işğalına meyllidir – Times of Israel

ABŞ prezidenti Donald Tramp İran əleyhinə böyük miqyaslı quru əməliyyatı əmri verməyə meylli görünür.

Gunaz.tv

Bu barədə "The Times of Israel" Vaşinqton və Tehran arasında vasitəçilik edən ölkələrdən birinin rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, Amerika hesab edir ki, Tehran Vaşinqtonun təqdim etdiyi 15 maddəlik plan üzrə güzəştlərlə razılaşmağa böyük ehtimalla hazır deyil. Rəsminin sözlərinə görə, Trampın göstərişi ilə ABŞ Xarq adasını ələ keçirmək məqsədilə regiona minlərlə hərbçi göndərib.

Xəbərdə vasitəçi ölkələrdən başqa bir rəsminin də fikirləri yer alıb. O xəbərdarlıq edib ki, ABŞ qüvvələri adanı ələ keçirməyə qadir olsa belə, onu əldə saxlamaq üçün Vaşinqtonun açıq şəkildə səsləndirdiyi 4–6 həftəlik müddətdən daha uzun kampaniya və xeyli daha çox hərbçi tələb oluna bilər.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar