SON XƏBƏRLƏR

Oman İranın Salalə limanına edilən  dron hücumunu pislədi

2026.03.28, 15:33
Oman İranın Salalə limanına edilən  dron hücumunu pislədi

Ölkənin cənubundakı Salalə limanına dron hücumu nəticəsində bir işçi yaralanıb və limanın bəzi avadanlıqları zədələnib. Oman Krallığı hücumu vəhşilik adlandırıb.

Gunaz.tv

Oman və Ərəb media orqanları təhlükəsizlik mənbəyinə istinadən bildiriblər ki, bu gün səhər tezdən Salalə limanını iki dron hədəf alıb, onlardan biri obyektə dəyib və bir xarici işçiyə orta dərəcəli xəsarətlər yetirib.

Limanın kranlarından biri zədələnsə də, ziyan məhdud olub.

Oman Xəbər Agentliyi rəsmi mənbələrə istinadən təhlükəsizlik qüvvələrinin dərhal hadisə yerinə gəldiyini və vəziyyətin nəzarət altında olduğunu yazıb.

Rəsmi açıqlamada Oman Krallığı da hücumu "vəhşi" adlandırıb və pisləyib.

Bəyanatda "ölkənin təhlükəsizliyini qorumaq" və "Oman vətəndaşlarının təhlükəsizliyini təmin etmək" üçün bütün zəruri tədbirlərin görüldüyü vurğulanıb.

Bundan əvvəl də İran Omanın limanlarına və obyektlərinə hücum edib.

Son həftələrdə Salalə limanına İrandan dron hücumları edilib və münaqişənin ikinci həftəsində Salalə enerji saxlama qurğusu hədəfə alınıb.

Qeyd edək ki, Oman son onilliklərdə İslam Respublikası ilə ABŞ arasındakı mübahisələrin həllində dəfələrlə vasitəçi kimi çıxış edib və həmçinin ABŞ və İsrailin İranda hərbi əməliyyatları ərəfəsində iki ölkə arasında danışıqlarda vasitəçi olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar