SON XƏBƏRLƏR

Reuters: Pakistan Hörmüz boğazının açılması ilə bağlı regional danışıqlara ev sahibliyi edir

2026.03.29, 18:27
Reuters: Pakistan Hörmüz boğazının açılması ilə bağlı regional danışıqlara ev sahibliyi edir

Pakistan bazar günü Türkiyə, Misir və Səudiyyə Ərəbistanı ilə danışıqlara ev sahibliyi edib.

Gunaz.tv

"Reuters"in mənbələrə istinadən verdiyi məlumata görə, bu görüşlər İranla bağlı müharibəni dayandırmaq səylərinin bir hissəsidir və ilkin müzakirələr Hörmüz boğazının gəmiçilik üçün yenidən açılması təkliflərinə yönəlib.

Beş mənbəyə istinadən yayılan xəbərə görə, tərəflər dəniz nəqliyyatı və strateji su yolunda neft axınının bərpası ilə bağlı müxtəlif təklifləri müzakirə ediblər.

Pakistanlı bir mənbə bildirib ki, Misir də daxil olmaqla irəli sürülən bəzi təkliflər bazar günkü görüşdən əvvəl Ağ Evə göndərilib və bu təkliflər arasında Süveyş Kanalı modelinə bənzər ödəniş sistemi də var.

Məlumata görə, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı bu su yolundan keçən neft axınını idarə etmək üçün konsorsium yarada bilər və onlar Pakistandan da bu təşəbbüsə qoşulmağı xahiş ediblər.

Xəbərdə qeyd olunur ki, belə bir idarəetmə konsorsiumu ideyası həm Amerika, həm də İran ilə müzakirə olunub.

Türkiyəli diplomatik mənbə isə bildirib ki, Ankaranın əsas prioriteti atəşkəsin təmin edilməsidir.

“Gəmilərin təhlükəsiz keçidinin təmin olunması bu baxımdan mühüm etimad qurucu addım ola bilər,” – deyə mənbə bildirib.

 

- Cəfər Cəfərli

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar