SON XƏBƏRLƏR

İsrailin İranın iqtisadi mərkəzlərinə zərbələrə keçdiyi bildirilir – Times of Israel

2026.03.30, 23:18
İsrailin İranın iqtisadi mərkəzlərinə zərbələrə keçdiyi bildirilir – Times of Israel

İsrailin siyasi rəhbərliyi ölkə ordusuna münaqişənin əvvəlində müəyyən edilmiş hərbi obyektlərə hücumlar başa çatdırdıqdan sonra İranda iqtisadi hədəflərə zərbələr endirməyə keçməyi tapşırıb.

Gunaz.tv

Bu barədə The Times of Israel xəbər verir.

Məlumata görə, İsrail hesab edir ki, İranın hərbi imkanlarını zəiflətmək məqsədilə qoyulan ilkin məqsədə böyük ölçüdə nail olunub və əməliyyatlar indi “tamamlama mərhələsi”nə daxil olur.

Xəbərdə bildirilir ki, İsrail rəhbərliyi orduya iqtisadi zərər vurmağa yönəlmiş obyektləri — o cümlədən qaz infrastrukturu və iri polad zavodlarını — hədəfə almağı tapşırıb və bu cür hücumların davam etdirilməsi planlaşdırılır.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar