SON XƏBƏRLƏR

İran pakistanlı proksi qüvvələri Sistan və Bəlucistana yerləşdirib

2026.04.02, 14:56
İran pakistanlı proksi qüvvələri Sistan və Bəlucistana yerləşdirib

Pakistanlı şiələrdən ibarət SEPAH-a bağlı Zeynəbiyyun qüvvələri Sistan və Bəlucistan əyalətinin Rask bölgəsində nəzarət məntəqələri qurublar.

Gunaz.tv

Pu barədə yerli mənbələr məlumat yayıb.

Postlarda İran hərbçilərinin olmadığı və pakistanlı proksi qüvvələrin bölgənin təhlükəszliyinə nəzarət etmək üçün buna əl atdıqları bildirilib.

Bundan əvvəl isə əyalətin başqa bir neçə yerində əfqanistanlı şiələrdən ibarət Fatemiyyun proksi qüvvələrinin də postlar qurduğu barədə məlumatlar yayılıb.

Bu, İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinə İraqda fəaliyyət göstərən İrana bağlı Həşd əş-Şəbi silahlı qruplaşması üzvlərinin gətirilməsi ilə eyni vaxtda baş verir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar