SON XƏBƏRLƏR

X platforması SEPAH komandirinin hesabını bağladı

2026.04.04, 18:04
X platforması SEPAH komandirinin hesabını bağladı

Gunaz.tv

Sosial şəbəkələrin İran hakimiyyəti rəsmilərinə qarşı məhdudiyyətləri davam etdiyi bir vaxtda, X platforması SEPAH-ın yüksək rütbəli komandirlərindən birinin hesabını bağlayıb.

Gunaz TV-nin məlumatına görə, X sosial şəbəkəsi SEPAH-ın hava-kosmik qüvvələrinin komandiri Məcid Musəvinin hesabını daha əvvəl İranla bağlı media və rəsmilərə tətbiq etdiyi məhdudiyyətlər çərçivəsində bloklayıb.

Məlumata əsasən, bu addımdan sonra Musəvinin adına yeni hesab açılsa da, X platforması həmin hesabı da bağlayıb.

Məcid Musəvi SEPAH-ın sağ qalan yüksək rütbəli komandirlərindən biridir və hazırkı müharibənin başlanmasından bəri ictimaiyyət qarşısına çıxmayıb. Bu müddətdə onun adına aid olduğu iddia edilən mesajlar X sosial şəbəkəsində yayılmışdı.

Bundan əvvəl də X platforması Əli Xamenei və hökumətə bağlı bəzi media qurumlarının, o cümlədən “Mizan” xəbər agentliyi və “Al-Alam”ın hesablarını bağlamışdı.

Eyni zamanda, İran rəsmilərinin sosial şəbəkələrdən istifadəsi, bu platformalara ölkə daxilində çıxışın bloklandığı şəraitdə davam edir. Hakimiyyət etirazlar və ya müharibə dövründə interneti ölkə üzrə məhdudlaşdırır və ya tamamilə kəsir.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar