SON XƏBƏRLƏR

KİV: İran və Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiq edəcək

2026.04.08, 11:54
KİV: İran və Oman Hörmüz boğazından keçid üçün ödəniş tətbiq edəcək

İki həftəlik atəşkəs planına əsasən, İran və Omana Hörmüz boğazından keçən gəmilərdən rüsum almağa icazə veriləcək.

Gunaz.tv

Bu barədə “Associated Press“ regional bir rəsmiyə istinadən məlumat yayıb.

Rəsmi qeyd edib ki, İran əldə edəcəyi vəsaiti yenidənqurma işlərinə yönəldəcək. Omanın isə bu vəsaiti hansı məqsədlə istifadə edəcəyi hələlik məlum deyil.

Boğaz həm Oman, həm də İranın ərazi sularında yerləşir. İndiyədək dünya ictimaiyyəti bu keçidi beynəlxalq su yolu hesab edir və burada hər hansı rüsum ödənilmirdi.

Danışıqlarda birbaşa iştirak edən rəsmi daxili müzakirələr barədə danışmaq üçün anonim qalmaq şərti ilə açıqlama verib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar