SON XƏBƏRLƏR

Hörmüz boğazında mina yerləşdirilməsi etiraf edildi

2026.04.10, 17:06
Hörmüz boğazında mina yerləşdirilməsi etiraf edildi

İran təsdiqlədi...

Gunaz.tv

Günaz TV-nin məlumatına görə, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə “Əl-Cəzirə” telekanalına müsahibəsində Hörmüz boğazında “texniki məhdudiyyətlər” ifadəsinin mina yerləşdirilməsini nəzərdə tutub-tutmadığı ilə bağlı suala cavab verərkən bunu təsdiqləyib.

O bildirib: “Bəli, bu da buna daxildir. Əlbəttə, müharibə dövründə tətbiq etdiyimiz və hələ də davam edən başqa tədbirlər də var.”

Xətibzadə əlavə edib ki, Hörmüz boğazı açıqdır, lakin gəmilər “İran qüvvələri ilə koordinasiya etməlidir”.

O deyib: “Bütün üzən vasitələr, o cümlədən amerikalılar, düşmən davranışı göstərmədikləri müddətdə bu boğazdan keçə bilərlər. Lakin müharibə zonası və İranın bu müharibə və ölkəyə qarşı hücum zamanı həyata keçirdiyi tədbirlər səbəbindən texniki məhdudiyyətlər mövcuddur.”

 

Günaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar