SON XƏBƏRLƏR

Tramp təsdiqlədi: ABŞ və İran danışıqlara başladı

2026.04.11, 17:44
Tramp təsdiqlədi: ABŞ və İran danışıqlara başladı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Donald Tramp ABŞ və İran arasında danışıqların şənbə günü İslamabadda başladığını açıqlayıb və bu prosesin məqsədinin bölgədə gərginliyi azaltmaq olduğunu bildirib.

Məlumata əsasən, “NewsNation” jurnalistinin sözlərinə görə, Tramp danışıqların rəsmi şəkildə başladığını təsdiqləyib və yaxın zamanda “İran tərəfinin bu danışıqlarda nə qədər səmimi olduğunu” açıqlayacağını deyib.

İran isə danışıqlara yalnız “Livan üzrə atəşkəs” və “sanksiyaların qismən ləğvi” şərti ilə başlamaqda israr edir. Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını Tehranın nüvə və raket proqramları üzrə güzəştlərinə bağlayır.

Tərəflər arasında “Hörmüz boğazı” məsələsi də əsas mübahisə mövzularındandır. İran bu strateji keçidə faktiki nəzarət və tranzit rüsumları tələb edir, ABŞ isə beynəlxalq gəmiçilik üçün tam açıq qalmasını istəyir.

Bundan əlavə, Tehran “dondurulmuş vəsaitlərin azad edilməsi” və “müharibə təzminatı” məsələlərini gündəmə gətirib, həmçinin ABŞ qüvvələrinin bölgədən çıxarılmasını və hücum etməmək zəmanəti tələb edir.

Buna qarşılıq, Tramp administrasiyası hərtərəfli razılaşma əldə olunana qədər ABŞ hərbi mövcudluğunun davam edəcəyini bildirib və danışıqların uğursuz olacağı təqdirdə gərginliyin artması ehtimalını istisna etməyib.

 

Günaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar