SON XƏBƏRLƏR

ABŞ tərəfindən ələ keçirilən İran gəmisi ehtimal ki, ikili təyinatlı yüklər daşıyıb – Reuters

2026.04.21, 11:12
ABŞ tərəfindən ələ keçirilən İran gəmisi ehtimal ki, ikili təyinatlı yüklər daşıyıb – Reuters

ABŞ qüvvələri tərəfindən bazar günü ələ keçirilən İran bayraqlı “Touska” konteyner gəmisinin Vaşinqtonun “ikili təyinatlı” hesab etdiyi və hərbi məqsədlər üçün istifadə oluna biləcək yüklər daşıdığı ehtimal olunur.

Gunaz.tv

Bu barədə Reuters agentliyi bazar ertəsi dəniz təhlükəsizliyi mənbələrinə istinadən məlumat yayıb.

Adlarının açıqlanmaması şərti ilə danışan mənbələr bildiriblər ki, gəminin Asiyadan etdiyi səfərdən sonra aparılan ilkin qiymətləndirmələr göyərtədə ikili təyinatlı yüklərin olduğunu göstərir.

Kiçik konteyner gəmisi ABŞ sanksiyaları altında olan İran İslam Respublikasının Gəmiçilik Xətləri şirkətinə məxsusdur.

MarineTraffic izləmə məlumatlarına görə, gəmi Oman körfəzində İranın Çabahar limanı yaxınlığında ələ keçirilib.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, ekipaj altı saat ərzində edilən təkrar xəbərdarlıqlara əməl etməyib və gəmi ABŞ tərəfindən tətbiq olunan blokadanı pozurdu.

 

- Cəfər Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar