SON XƏBƏRLƏR

Reuters: ABŞ-İran danışıqları geciksə də halda İslamabadda təhlükəsizlik tədbirləri davam edir

2026.04.24, 13:45
Reuters: ABŞ-İran danışıqları geciksə də halda İslamabadda təhlükəsizlik tədbirləri davam edir

Pakistanın paytaxtı İslamabad ABŞ və İran arasında danışıqların vaxtı ilə bağlı dəqiqlik olmasa da, ciddi təhlükəsizlik məhdudiyyətləri altında qalmaqda davam edir. Bu barədə rəsmilər "Reuters"ə bildiriblər.

Gunaz.tv

Bir rəsmi deyib: “Bizə bildirilib ki, danışıqlar istənilən gün baş tuta bilər.”

Şəhərin geniş əraziləri, o cümlədən əsas hökumət zonaları artıq iki həftədir bağlanıb. Bu isə nəqliyyata, ərzaq təchizatına və sakinlərin gündəlik həyatına ciddi təsir göstərir.

İslamabad ilk dəfə əvvəlki danışıqlar raundu üçün qapanmaya getmişdi, lakin həmin görüş razılaşma olmadan başa çatmışdı. Rəsmilər bildirirlər ki, Pakistan ikinci raundun keçirilməsini gözlədiyi üçün məhdudiyyətlər hələ də qüvvədə qalır, baxmayaraq ki, bu görüşün vaxtı hələ müəyyənləşməyib.

 

- Cəfər Cəfərli

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar